Untitled Document
 
Sığorta İnformasiya Sistemi
  

InsureAz proqram təminatı, Azərbaycan Respublikasında fəaliyyət göstərən sığorta şirkətləri üçün Azərbaycan Respublikasında hazırlanmış Sığorta İnformasiya Sistemidir.

 

 

 

 

Sığorta İnformasiya Sistemi

 

InsureAz proqram təminatı, Azərbaycan Respublikasında fəaliyyət göstərən sığorta şirkətləri üçün Azərbaycan Respublikasında hazırlanmış Sığorta İnformasiya Sistemidir. InsureAz proqram təminatı Sığorta şirkətlərində satış, zərərlər, təkrar-sığorta proseslərini tam avtomatlaşdıraraq şirkət daxilində səmərəliliyi artırır, CRM modulu ilə müştəri məmnuniyyətinin yüksək səviyyədə tutulmasına xidmət göstərir. InsureAz ən  müasir texnologiyalardan istifadə edilərək hazırlanmış proqram təminatıdır. Proqram təminatı həm baş ofis həm də baş ofisdən kənarda fəaliyyət göstərən agentlər tərəfindən asanlıqla və təhlükəsiz şəkildə istifadə olunur. İnsureAz proqram təminatı qeyri-həyat sığorta sahəsindəki bütün sığorta növlərini əhatə edir. İnsureAz proqram təminatı vasitəsilə ölkənin hər hansı bir yerindən İcbari Sığorta Şəhadətnamələrini hazırlamaq və blanka çap edərək bir başa sığortalıya vermək mümkündür. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnamələrinin buraxılması üçün İnsureAz proqram təminatının İcbari Sığorta Bürosu ilə inteqrasiyası təmin edilmişdir. İnsureAz proqram təminatı istifadə edilərək banklarda kreditlərin yerində online şəkildə sığortalanması təmin olunur. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tələb olunan aylıq, rüblük və illik hesabatlar InsureAz proqram təminatı vasitəsilə qısa zamanda ərzində, tam və doğru olaraq hazırlanır. Sığorta şirkətlərinin sığorta haqları, təkrarsığortaçıların payı və zərərlər üzrə ehtiyatlar InsureAz proqram təminatı tərəfindən avtomatık olaraq hesablanır. InsureAz proqram təminatından istifadə edən Sığorta şirkətləri şəhadətnamələrin buraxılması, zərərlər üzrə sığorta ödənişləri, təkrarsığorta əməliyyatları və tələb olunan hesabatları hazırlamaq üçün sərf olunan zamandan qənaət etməklə digər Sığorta şirkətlərindən daha çevik hərəkət edərək rəqabət üstünlüyü əldə edirlər!